Qazaxıstanda koronavirusun Nigeriya ştammı aşkar edilib


Dünya 21 Sen 2021 13:48:00 132 0

Qazaxıstanda koronavirusun Nigeriya ştammı aşkar edilib

Qazaxıstanda koronavirusun "eta" və ya Nigeriya ştammına yoluxma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Aleksey Tsoy deyib.

Onun sözlərinə görə, ölkədə iyul-avqust aylarında yoluxma hallarının təhlili göstərib ki, koronavirus xəstələrinin 5,2 faizi "eta" ştammının daşıyıcısı olub.

Nazir bildirib ki, həmin ştamm Qazaxıstanın 4 regionunda qeydə alınıb.