“Qarşımdakını əsl kişi bilmişəm”


Şou-biznes 21 Sen 2021 12:36:00 131 0

“Qarşımdakını əsl kişi bilmişəm”

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Son.az xəbər verir ki, məşhur aparıcı güvəndiyi insanlar tərəfindən mənəvi zərbələr aldığını dilə gətirib: "Həyatımda layiq olmadığım münasibət görmüşəm. Şok yaşamışam. Qarşımdakını əsl kişi bilmişəm. Əgər sənə mənlə xoş deyilsə, niyə zamanımı alırsan? Yalan vədlər verməkdə məqsəd nədir anlamıram. Tanıdığımı düşündüyüm insandan belə münasibət görəndə şok yaşayıram. Bir neçə gün stress keçirirəm. 3 gün ard-arda yatmamışam. 4 kiloqram çəki itirdiyib olub. Sözün əsl mənasında məhv oluram. İşdə, ailədə, sevgidə güvən olmazsa olmur. Çox güvənirəm və satılıram. Daha sonra toparlanıram və həmin insanları birdəfəlik silirəm".

Son.az