“Pfizer”in uşaqlar üçün COVID peyvəndinin sınaqları uğurlu olub


Dünya 21 Sen 2021 11:54:00 97 0

“Pfizer”in uşaqlar üçün COVID peyvəndinin sınaqları uğurlu olub

ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətlərinin ortaq istehsalı olan koronavirusa qarşı vaksinin uşaqlar üçün nəzərdə tutulmuş variantı klinik sınaqlardan uğurla keçib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat adıçəkilən şirkətlərin birgə bəyanatında öz əksini tapıb.

Qeyd olunub ki, preparat 5-11 yaşlıların COVID vaksinasiyası üçün hazırlanıb.

Hazırda peyvəndin sınaqlarının ikinci mərhələsi başa çatıb. Testlərdə 2 268 uşaq iştirak edib.