Fransızlar təhqir olundu,


Dünya 21 Sen 2021 11:48:00 105 0

Fransızlar təhqir olundu,

ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanmış AUKUS razılaşması Fransaya təhqirdir və Avropanı parçalayır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avroparlamentdə təmsil olunan ən böyük fraksiyalardan biri - Avropa Xalq Partiyasının rəhbəri Manfred Beber deyib.

"Razılaşma Fransa üçün diplomatik təhqirdir və Çini Sakit okean regionunda əsassız olaraq parçalayır", - deyə M.Beber bildirib.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.