Ürək astması


Digərləri 21 Sen 2021 08:11:00 136 0

Ürək astması

Ürək astması xəstələrdə təngnəfəslik, sürətlənmiş tənəffüslə müşayiət olunan, dözülməz boğulma ilə xarakterizə olunur. Xəstə uzana bilmir, özünə raharlıq gətirən oturaq vəziyyətdə dayanır. Belə vəziyyətdə sağ mədəciyə qanin axını zəifləyir. Onun döyüntüsü artır. Nəticədə kapilyarlarda təzyiq müəyyən qədər azalır, ağciyər toxumasında ödem azalır, ağciyərin ventilyasiyası yaxşılaşır. Xəstənin dəri örtüyü nəm və sianozlu olur, ürəyə qulaq asan zaman zəifləmiş tənəffüs eşidilir. Perkusiyada ürəyin nisbi kütlüyünün sərhədi nisbətən sola böyüyür ki, bu da sol mədəciyin dilatasiyası hesabına baş verir. Ürək astması zamanı ürək tonları karlaşır, nəbzin sayı bir dəqiqədə 100-110 vurğuya qədər artır. Auskultasiyada ağciyərlərdə zəifləmiş vezikulyar tənəffüs fonunda az miqdarda kiçik qabarcıqlı yaş xırıltılar eşidilir. Bu xırıltılar çox zaman ağciyərlərin aşağı şöbələrində eşidilir. Ürəyin zirvəsində çox zaman protodiastolik çapma ritmi təyin edilir. Bu xəstəlikdə arterial təzyiq azalmağa meyilli olur. KƏSKİN ÜRƏK ÇATMAZLIĞI. Miokard infarktı zamanı ölümün əsas səbəbi kəskin ürək çatmazlığıdır. Adətən bu sol mədəcik çatışmazlığından baş verir. Kəskin sağ mədəcik çatışmazlığı nadir hallarda baş verir. Kəskin sol mədəcik çatışmazlığı adətən miokard infarktının birinci saatlarında, yaxud da ilk günlərində baş verır. Miokard infarktı olan xəstələrdə kəskin mədəcik çatışmazlığının inkişafına təkan verən risk amilləri aşağıdakılardır: 1. Nekroz ocağının böyük olması. 2. Sol mədəcik miokardının yığılma qabiliyyətinin pozulması. 3. Miokardın infarkt zonasının yığılma qabiliyyətinin pozulması. 4. Sol mədəciyin remodelləşməsi. 5. Nisbi mitral çatışmazlığın inkişafı. 6. Mədəciklər arası çəpərin cırılması. 7. Arterial təzyiqin yüksəlməsi. 8. Aritmiyanın meydana çıxması. Kəskin ürək çatışmazlığının klinik təzahürü ürək astması, ağciyər ödemi, kardiogen şokdur. Son.az