Dövlət qulluğuna imtahanlar keçiriləcək


Digərləri 21 Sen 2021 08:16:00 119 0

Dövlət qulluğuna imtahanlar keçiriləcək

24 oktyabr 2021-ci ildə dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak etmək üçün qeydiyyat 20 sentyabr saat 16:00-dan 14 oktyabr saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat  imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.