Azərbaycanda TEKNOFEST təşkil olunacaq


Dünya 21 Sen 2021 08:18:00 103 0

Azərbaycanda TEKNOFEST təşkil olunacaq

"Bu il Aviasiya, Kosmik və Texnologiya Festivalına (TEKNOFEST) Azərbaycandan əvvəlki illərdən daha çox iştirakçı qatılıb".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar Teknoloji" şirkətinin texniki direktoru Selçuk Bayraktar TEKNOFEST-in builki təqdimatında deyib.

"Xüsusən Qarabağ zəfərindən sonra iştirak artıb. Azərbaycanlı pilotların idarə etdiyi MIG-29 təyyarələrinin iştirakı ilə İstanbul boğazı səmalarında türk təyyarələri ilə birgə möhtəşəm bir nümayiş gerçəkləşdirildi.

2022-ci ildə Azərbaycanda da TEKNOFEST təşkil olunacaq", - Bayraktar bildirib.

Qeyd edək ki, "TEKNOFEST-2021" festivalı 21-26 sentyabr tarixlərində İstanbulda baş tutacaq.