Qida borusu xəstəliklərinin simptomlar qrupu


Digərləri 21 Sen 2021 08:05:00 112 0

Qida borusu xəstəliklərinin simptomlar qrupu

Bu simptomlar qrupu qida borusunun aşağıdakı xəstəliklərinə aid edilir: 1 kardiyanın çatmazlığı 2 qastroezofageal reflyuks 3 reflyuks ezofagit * turş mədə möhtəviyyatl ilə,bəzən də öd qarışığı ilə gəyirmə Fiksə olunmuş kardiofunqal yırtıqda gəyirmə həddən artıq baş verir. * requrgitasiya(qaytarma) Bu çox vaxt yeməkdən sonra,gecələr horizontal vəziyyətdə uzandıqda baş verir.Qayıdan qidanın miqdarı çox olduqda aspirasion pnevmoniya inkişaf edə bilər.Requrgitasiya kardiofunqal və kardial yırtıqlar zamanı baş verir. * disfaqiya - qidanın qida boru ilə keçməsinin çətinləşməsi Bu daimi baş verən simptom deyil.Adətən duru və ya maye qidaların qəbulundan sonra baş verir.Parodoksal qida çox soyuq qida ilə provokasioya olunur. döş sümüyünün arxasında udqunma zamanı ağrı Bu simptom reflyuks-ezofagitlə fəsadlaşdıqda meydana çıxır. * qıcqırma Qıcqırma adətən aksial yırtıqlarda rast gəlinir. * dildə yanma və ağrı Mədə və duodenal möhtəviyyatın ağız boşluğuna və ya bəzən qırtlağa qayıtmasında müşahidə edilir.Bu zaman bəzən səs kallaşır. * aspirasiya Tənəffüs orqanlarının patologiyaları ilə birlikdə baş verir.(bronxial astma,traxeobronxit,obstruktiv bronxit və s.) Obyektiv müayinə zamanı meydana çıxan simptomlar: - perkusiyada çıxan timpanik səs - anemik sindrom(dərinin solğunluğu,zəiflik,başgicəllənmə,gözlərin qaralması,dərinin quruluğu,dırnaqların avazıması) Son.az