Qadın dəfnindən 4 ay sonra evə qayıtdı VİDEO


Digərləri 21 Sen 2021 05:33:00 121 0

Qadın dəfnindən 4 ay sonra evə qayıtdı  VİDEO

Ukraynanın Volın vilayətində bir qadın qohumları onu "dəfn etdikdən" 4 ay sonra evə qayıdıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, itkin düşdükdən sonra oğlu onu axtarıb, amma heç bir nəticəsi olmayıb.

Tezliklə boy və geyim baxımından bənzər bir qadın cəsədi tapıblar ki, qohumlar onu özlərinki kimi basdırıblar.

Sonradan bu inanılmaz hekayənin təfərrüatı açıqlanıb.

Hamı mərhumun Valentina olduğuna əmin idi...

Yustina hələ də qızının sağ olduğuna inanmır. Evdən çıxıb naməlum istiqamətə gedib və itkin düşüb. Kənd camaatının hamısı qadını axtarıb. Sonra polisə zəng vurublar. Yerli bir zibillikdə naməlum bir qadının cəsədini tapdıqlarını söyləyiblər, kimliyini müəyyənləşdirməyi xahiş ediblər. Bütün ailə həmin yerə gedib və hamı əmin olub ki, cəsəd Valentinanındır.

Cəsədi götürəndən sonra dəfn ediblər. Üstündən 4 ay keçəndən sonra yerli psixiatrik xəstəxanadan zəng edərək Valentina Rıjkonun hazırda müalicə aldığını söyləyiblər. Onu xəstəxanaya təcili yardım gətiribmiş.

Qadının psixi pozuntusu olub və həkimlərə heç olmasa özü haqqında bir şey deyə bilməyib.   "Dörd ay keçib. Deyirəm ki, Oblapaxda bir oğlum və bir gəlin var. Ana və qardaşım Qruşevtsaxdadır. Sonra məni tapdılar", - Valentina söyləyib.   Ailə indi necə yaşayır?

"Qadın hazırda özünü yaxşı hiss edir, anası ilə yaşayır. Ancaq indi yeni problem ortaya çıxıb. Valentinanın heç bir sənədi yoxdur, çünki o rəsmi olaraq artıq həyatda da deyil", - kənd muxtarı deyib.   Prokurorluğun müstəntiqlərindən niyə DNT müayinəsi təyin etmədiklərinə görə heç bir şikayət yoxdur. Qohumları cəsədi tanıdıqları üçün DNT müayinəsinin məcburi olmadığını deyirlər.

Ancaq Valentinanın yerinə basdırılan qadının ölümü ilə bağlı iş yenidən açılıb.

Kimin əvəzinə dəfn edilib?

Valentinanın məzarında qohumları adı yazılan lövhəni götürüblər. Ancaq bu məzarda kimin dəfn ediləcəyi hələ də məlum deyil. Lövhədə "Naməlum qadın şəxs" yazılacaq.

Polis itkin düşmüş şəxslərin məlumat bazası ilə müqayisə ediləcək bioloji nümunələr götürüb. Ailə sənədləri bərpa etmək üçün rayon məhkəməsinə müraciət edib. Bu günlərdə Valentinanın ölüm qeydi ləğv edilib. Tezliklə qadın yeni pasport alacaq.