Etiologiya nədir


Digərləri 21 Sen 2021 05:03:00 125 0

Etiologiya nədir

Etiologiya - xəstəliklərin əmələ gəlmə səbəbləri və onların yaranma şəraitidir. Xəstəliklərin müalicə və profilaktikasında onun etiologiyasını bilmək mühüm sayılır. Çünki hər bir patoloji prosesin spesifik xüsusiyyətləri onun etiologiyasından birbaşa asılıdır. Xəstəliklər həm xarici, həm də daxili amillərdən əmələ gələ bilir. Xəstəliktörədici amilləri orqanizmin daxili mühitindən ayrı tutmaq olmur. Yəni xəstəliyin baş verməsində əsasən xarici və daxili amillərin birgə rolu vardır. Xəstəliklərin əmələ gəlməsinə səbəb olan xarici amillərə fiziki, kimyəvi, psixi, bioloji və ictimai amilləri misal göstərmək olar. Hər bir xəstəliyin baş verməsinə səbəb olan spesifik törədici var. Məsələn, qripp xəstəliyini qripp virusları, şüa xəstəliyini ionlaşdırıcı radiasiyalar, travmaları isə mexaniki zərbələr törədir. Bəzi xəstəliklər vardır ki, onların əmələ gəlməsinə müxtəlif patoloji mikroblar, koklar, bakteriyalar və s. səbəb olsa da onun ağırlaşmasına xarici faktorlar səbəb olur. Məsələn, ağciyərlərin krupoz iltihabının əmələ gəlməsinə pnevmokoklar səbəb olur. Amma xəstəliyin irəliləməsinə soyuqdəymə, yorğunluq, mənfi emosiyalar, qeyri-kafi qidalanma səbəb olur. Yəni orqanizmə daxil olmuş pnevmakokklar patologiya yaratmaq üçün orqanizmin müdafiə qüvvəsinin zəifləməsini gözləyirlər. Xəstəliklərin inkişafına və ağırlaşmasına orqanizmin özü və xarici amillər birbaşa təkan verir. Aşağıdakı hallar orqanizmdə xəstəliklərin inkişafını sürətləndirir və onların gedişinin ağırlaşmasına şərait yaradır: - xroniki yorğunluq - zəiflik - qeyri-düzgün qidalanma - soyuqdəymə - xəstələrə göstərilən yardımın keyfiyyətsizliyi - əlverişsiz həyat şəraiti - düzgün təşkil edilməyən iş rejimi. Son.az