Stomatitin müalicəsi


Digərləri 21 Sen 2021 01:02:00 345 0

Stomatitin müalicəsi

Stomatit ən çox uşağlarda yaranır. Bu yerli toxunulmazlığın qeyri-kafi işləməsi və yad əşyaların ağzına alınması vərdişi ilə yaranır. Uşağın selikli qişası həssasdır, iltihaba meyllidir və tüpürcəyin qoruyucu funksiyaları tam ifadə olunmur, bu da stomatitin inkişaf riskini artırır. Əksər uşaqlarda, həyatın ilk illərində, əsasən körpələrə təsir edən viral pediatrik stomatit (herpetik) aşkar edilir. Xəstəliyin ümumi təzahürləri var: diş ətinin iltihabı, hiperemiya, ağ və ya sarı lövhənin görünüşü, xoralar, yemək zamanı şiddətli ağrı, pis qoxu. Ancaq müalicə həmişə xəstəliyin xarakterini nəzərə alaraq təyin olunur.Diaqnozun qoyulması üçün klinik şəkil, subyektiv şikayətlər və stomatoloqun baxışı kifayət edir. Bəzən laborator diaqnostika: kandidoz və herpesin PZR analizi, sıyrıntı və ya yaxmanın bakterioloji əkilməsi tələb olunur. Müalicəyə tabe olmayan stomatitlərdə sistem xəstəliklərini aşkar etmək üçün ümumi müayinə göstəriş sayılır. Müalicə ağrı hissinin və xəstəliyin davametmə müddətinin azaldılmasına yönəldilir. Statistik məlumatlara əsasən tərkibində natrium lauril sulfat olmayan ağız boşluğuna qulluq vasitələrindən istifadə etdikdə stomatitlərə az hallara rast gəlinir və ya onlar tez sağalır. Natrium lauril sulfat isə əksinə, xroniki residivləşən stomatitlərin formalaşmasına şərait yaradır. Anestetiklərin aşağı faizli məhlulları ilə ağız boşluğunun yaxalanması və ya aplikasiyalar ağrını zəiflədir. Nəticədə qida qəbulu normallaşır. Antibakterial preparatlarla müalicə aqressiv üsul hesab olunur. Antibiotiklər yalnız xoraların reinfeksiyalaşması zamanı təyin edilir. Əksər hallarda xlorheksidin biqlükonat əsaslı preparatlara üstünlük verilir. Onların uzunmüddətli istifadəsi dişlərdə və plomblarda ləkə əmələ gətirir. Müalicə başa çatdıqdan sonra ləkələr öz-özünə itir. Stomatitin profilaktikası ağız boşluğuna düzgün qulluq edilməsindən və fərdi gigiyena qaydalarının uşaq yaşlarından aşılanmasından ibarətdir. Son.az