"Google" şirkətinin ilk qatlanan smartfonu məlum olub


Digərləri 20 Sen 2021 23:50:00 140 0

"Google" şirkətinin ilk qatlanan smartfonu məlum olub

"Google" şirkəti qatlana bilən smartfonlar istehsal edən şirkətlərdən biri olacaq.

Trend-in məlumatına görə, bu barədə "9to5Google" nəşri xəbər verib.

Media müxbirləri Amerika şirkətinin ilk qatlana bilən smartfon buraxmağı planlaşdırdığını bildirən anonim insayderə istinad edib. Gələcək cihazın adı Android 12-nin beta versiyasının kodunda hallanması aşkar edilib.

Məxfilikdən çıxarılmış məlumatlarda telefon Jumbojack və Passport ("Pasport") adları altında göstərilib. Sonuncu adı, ola bilsin ki, cihazın forma faktoruna işarə edir.

martfonun prototipinin mövcudluğu Twitter-də məşhur insayder Evan Blass tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, qatlanan gadget "Passport" adına sahib olacaq, model ilin sonuna qədər təqdim olunacaq.