Dilarə ona aşiq olduğunu deyən fanatından polisə şikayət etdi


Şou-biznes 20 Sen 2021 18:06:00 137 0

Dilarə ona aşiq olduğunu deyən fanatından polisə şikayət etdi

Aktrisa Dilarə Aksüyekinin başı fanatı ilə bəladadır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa onu fiziki və mesajla narahat edən 31 yaşlı Mehmet A. haqqında prokurorluğa şikayət edib. Həmin şəxsin barəsində cinayət işi açılıb.

Sözügedən şəxs sosial şəbəkədə bir-birinin ardınca Dilarəyə mesaj göndərərək ona aşiq olduğunu və görüşmək istədiyini bildirib. Cavab almayınca, aktrisanı təhdid etməyə başlayıb.

Daha sonra evinin qapısına qədər gələrək avtomobillə onu güdüb. Kafelərin birində aktrisanın qarşısını kəsib. Bundan sonra qorxuya düşən Dilarə polisə müraciət etməli olub.

Qeyd edək ki, aktısa sonuncu dəfə "Baş belası" serialında "Nazlı" obrazını canlandırıb.