Brilliant Dadaşovadan ağır sözlər: "O, anabacısına şər atan şərəfsizdir"


Şou-biznes 20 Sen 2021 17:24:00 173 0

Brilliant Dadaşovadan ağır sözlər: "O, anabacısına şər atan şərəfsizdir"

Xalq artisti Brilliant Dadaşova axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılıb Bakıya gətirilməsi barədə danışıb.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi  bloqeri dələduz adlandırıb və onun ünvanına sərt sözlər deyib:

"Dələduz "siyasi sığınacaq"la qrant almaq üçün yaxından-uzağdan onunla əlaqəsi olmayan, öz xalqının nümayəndəsi olan azərbaycanlı ana-bacılarına utanmadan, Allahdan qorxmadan şər böhtan atan, heç bir siyasi savadı olmayıb dedi-qodudan başqa heç nədən küt başı çıxmayan qeybətçi şərəfsiz!

Əlbəttə, onun boşboğaz cəfəngiyyatları bəzi qüvvələri qane edirdi. Çünki Azərbaycanda kiçikdən böyüyə hamını pis görmək yalnız düşmənə xoş gələ bilər!