"Emmi" mükafatının qalibləri açıqlandı


Şou-biznes 20 Sen 2021 16:16:00 105 0

"Emmi" mükafatının qalibləri açıqlandı

73-cü Beynəlxalq "Emmi" mükafatının qalibləri məlum olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ötən gecə Los-Ancelesdə gerçəkləşən gecədə Taraji P. Henson, Maykl Duqlas, Sarah Paulson, Emi Poehler, Keri Vaşinqton kimi adlar mükafatları sahiblərinə təqdim edib.

"Ted Lasso" "Ən yaxşı komediya", "The Queen's Gambit" "İlin ən yaxşı mini serialı" kateqoriyasında önə çıxarkən, "The Crown" "Ən yaxşı drama serialı" mükafatını qazanıb.

"Müharibə" və "Tac" adlı ekran işləri ilə "Ən yaxşı ssenari" mükafatına Piter Marqon , "Ən yaxşı rejissor" adına Cessika Hobbs layiq görülüb.  

"Ən yaxşı yardımçı aktyor" Tobis Menzis (dram), Ted Lesso (komediya), "Ən yaxşı yardımçı aktrisa" Hanna Uaddinqham (dram) seçilib.