Şəhid bulağı istifadəyə verilib


Digərləri 20 Sen 2021 14:16:00 152 0

Şəhid bulağı istifadəyə verilib

Qubada şəhid gizir Orxan Balayevin xatirəsinə bulaq kompleksi inşa edilib

Son.az Real TV-yə istinadən xəbər verir ki, Quba rayonun Alpan kəndində Vətən müharibəsində şəhid olan gizir Balayev Orxan Vidadi oğlunun xatirəsinə bulaq kompleksi inşa edilib. Şəhidin doğulub boya-baş çatdığı evin qarşısında tikilən abidənin bu gün açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, kənd sakinləri və şəhid valideynləri iştirak etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbəndə söz açdılar.

Qeyd edildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəblində yaşayacaq. Mərasimdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndirdi.

Sonda bulaq kompleksinin açılışı oldu və abidə önünə tər güllər düzüldü.

Qeyd edək ki, 23 yaşlı Orxan Balayev 2018-ci ildə hərbi xidməti bitirdikdən sonra 3 aylıq gizirlik kursunu keçərək Yevlax-Aran korpusundakı N-saylı hərbi hissədə həmlə qrupunda xidmətə başlayıb. Vətən müharibəsi başlayan ilk gündən ağır döyüş əməliyyatlarında iştirak edib. Döyüş zamanı qəhrəmanlıq göstərən Orxan düşmənin bir neçə tankının hərbi qənimət kimi ələ keçirilməsində də iştirak edib. Gənc qəhrəman Suqovuşan uğrunda gedən döyüşdə şəhadətə yüksəlib. Abidə kompleksinin tikintisini yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımdan çox qürurlandıqlarını bildirdilər. Onlar hesab edir ki, bu təşəbbüs canını vətənə fəda edən qəhrəmanlara göstərilən böyük dəyərdir. Qeyd edək ki, ölümündən sonra şəhid Orxan Balayev Vətən uğründa və Suqovuşanın azad edilməsinə görə medalları ilə təltif edilib.