Bakıİrəvan danışıqlarının gedişatı bəlli oldu


Digərləri 20 Sen 2021 14:05:00 139 0

Bakıİrəvan danışıqlarının gedişatı bəlli oldu

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Yerevanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında bəyan edib ki, Bakı, İrəvan və Moskva bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpasında qərarlıdır. "Üçtərəfli işçi qrupu iclaslar keçirir. Ardıcıl yeddinci olan son görüş, avqustun ortalarında Moskvada keçirildi. Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında maarqlıdır. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır ", - deyə Overçuk bildirib.

Son.az xəbər verir ki, Rusiya baş nazirinin müavini onu da deyib ki, nəqliyyat marşrutlarının bərpası Ermənistanla Rusiya arasında ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan isə kommunikasiyaların açılmasının iqtisadiyyata müsbət təsir edəcəyini qeyd edərək, konkret rəqəmlər barədə danışmağın hələ tez olduğunu bildirib.

Kamran Seyidov Son.az