Rafael və Coşqun bu kanalda


Şou-biznes 20 Sen 2021 09:46:00 120 0

Rafael və Coşqun bu kanalda

"Bu şəhərdə" komandası yeni mövsümdən ATV kanalında verilişlə tamaşaçıların görüşünə gələcək.

Son.az xəbər verir ki, bu haqda "Bu şəhərdə" yumor komandasının ssenaristi moderator.az-a deyib.

"Okyabr ayından etibarən ATV kanalında yeni verilişlə tamaşaçıların görüşünə gələcəyik. Özəl olaraq sizə deyirəm ki, verilişin adı "Bu şəhərdə 2050" olacaq. Adından da göründüyü kimi, hər şey 2050-ci ildə baş verəcək. Rafael və Coşqunun ifasında yeni səhnəciklər olacaq, həm də efirdə yayımlanan və yayımlanmayan konsertlərimizdən görüntülər də veriləcək. Bildiyiniz kimi, 21 il ərzində "Bu şəhərdə" prodakşn olaraq ayrı-ayrı kanallarla əməkdaşlığımız olub. Hamısı ilə də gözəl münasibətimiz var. O cümlədən də ATV kanalı ilə. ATV kanalı bizə doğma və əziz kanaldır. Kanaldan bizə təklif gəldi, biz də sevərək razılaşdıq. Hələ ki, bir televiziya mövsümü üçün razılaşmışıq. Böyük ehtimalla bir yox, iki ayrı layihə ilə efirə çıxacağıq. İkinci layihənin hələ ki, müzakirəsi gedir", - deyə o bildirib.

Müşfiq Abbasov "Bu şəhərdə"nin Yutub kanalından da söhbət açıb:

"Artıq bir neçə aydır ki, Yutub səhifəmizdə "Qayınananın vəsiyyəti" serialı yayımlanır. 22 seriyası var kanalımızda, ardı da çəkilir. İnşallah, bu serial da ATV kanalında yayımlanacaq. Kanal tərəfindən bizim çəkilişlər üçün hər cür imkan yaradılıb. Hər şey gözəldir. Qaldı yaradıcılıq tərəfi, bu da bizim üzərimizə düşür. Çalışacağıq ki, ən baxımlı kanalda ən baxımlı layihələrə imza ataq. Düzdü, Yutub bizə qazanc gətirir, amma çəkilişlərimizi elə keyfiyyətdə aparırıq ki, bizim xərclərimiz çox olur. Hər ay ən azından 2 min manat öz cibimizdən pul qoyuruq ki, onu yüksək səviyyədə saxlayaq. İndi bizdə 500 mindən çox izləyici var. Ölkənin reytinqli, baxılan kanallarından biridir.