Müğənninin hamıdan gizlətdiyi qızı var imiş...


Şou-biznes 20 Sen 2021 09:28:00 87 0

Müğənninin hamıdan gizlətdiyi qızı var imiş...

Müğənni Nataşa Koroleva şəxsi həyatı ilə bağlı sirr açıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki,  ifaçı 51 yaşlı əri Tarzanla birlikdə 19 yaşında olan oğlu Arhipi böyüdür. "Секрет на миллион" proqramında isə Nataşa bir qızı olduğunu açıqlayıb.

O bildirib ki, uşağı surraqat ana dünyaya gətirib. Onun atası isə əri yox, gey dostudur. "Qızın bu yaxınlarda 2 yaşı olacaq. Eyni qanı daşıyırıq. O, surroqat ana vasitəsilə dünyaya gəlib. Qızımın atası başqasıdır. Mənə doğma olan birinin arzusunu gerçəkləşdirdim. Öz yumurtalıqlarımı hədiyyə etdim və o, ata oldu".

Nataşa dostunun buna görə ona 175 milyon dollarlıq hədiyyə bağışladığını açıqlayıb. Qız atası ilə ABŞ-da yaşayır.