Kamboca şahzadəsi Fransanın məşhur futbol klubunu satın almaq istəyir


Dünya 19 Sen 2021 18:07:00 154 0

Kamboca şahzadəsi Fransanın məşhur futbol klubunu satın almaq istəyir

Kamboca şahzadəsi Norodom Ranarit Fransanın "Sent-Etyen" klubunu 100 milyon avroya almağı planlaşdırır.

Son.az bu barədə "Report"a istinadən xəbər verir.

Klub rəhbərliyindən təkliflə bağlı rəsmi cavab verilməyib. Lakin danışıqlar yaxın günlərdə başlaya bilər.

Nəşrin məlumatına görə, Norodom Fransa futbolunun böyük pərəstişkarıdır.

Son.az