Cəlilabadda qədim məzarlıq aşkarlandı


Digərləri 19 Sen 2021 17:07:00 105 0

Cəlilabadda qədim məzarlıq aşkarlandı

Cəlilabad rayonunda qədim məzarlıq aşkarlanıb.

Son.az xəbər verir ki, məzarlıq rayonun Çəmənli kəndi ərazisində tapılıb.

Məzarlığı bu ərazidə arxeoloji qazıntılar apararkən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları tapıb.

Qəbirlər Miladdan öncə yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə yerləşir. Qəbirlər üzü şərq istiqamətindədir.