Alimlər koronavirusa qalib gəlmək üçün


Digərləri 19 Sen 2021 15:15:00 105 0

Alimlər koronavirusa qalib gəlmək üçün

Alimlər koronavirusa qalib gəlmək üçün əvvəlki pandemiyaların -tif, sarı qızdırma və su çiçəyinin təcrübələrindən yararlanmaq ideyasını irəli sürüb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, pandemiyanın 1 ili barədə toplanan materiallar göstərib ki, COVİD-19-un İspanka virusu kimi öz-özünə gücünü itirib zəifləyib aradan qalxacağına ümid etmək olmaz. Koronavirusa qarşı effektiv dərman kəşfi isə yaxın gələcəkdə görünmür.

COVİD-19 virusunun digər viruslardan daha ağıllı, güclü və insana qalib gəlməsinin bir səbəbi Yer üzündə aerozol üsulu ilə də yayılmasındadır. Bir qrup alim hesab edir ki, koronavirusla mübarizə üçün ayrı silahdan istifadə olunmalıdır. İnsanlığın əsrlər boyu mübarizə apardığı bir çox xəstəliklər heç də dərman və vaksinlərlə aradan qalxmayıb.

Məsələn, vəba və tif xəstəliyinə qalib gəlmək üçün Londonda dərmanlar yox, 318 milyon ədəd kərpic və 10 milyon kubmetr daş beton lazım olmuşdu. Britaniya paytaxtının bütün kanalizasiya sisteminin yenidən qurulması üçün 1866-cı ildə bu qədər tikinti materialı istifadə edilmişdi. Məhz bundan sonra bu şəhərdə tif, xolera alovlanması baş verməmişdi.

Malyariya və sarı qızdırmanın tropik regionlarda yayılmasının qarşısını almaq üçün şəhərlərin kənarlarında olan nəhəng gölməçələr, ağcaqanadla dolu bataqlıqlar qurudulub və torlarla örtülmüşdü. Bu proseslərdən sonra malyariyanın qarşısı alınmışdı.

Koronavirusla mübarizə üçün də dərman və peyvənddən diqqətimizi çəkib, binaların havalandırma, ventilyasiya sisteminin təkmilləşməsi, yenidən qurulmasına başlamalıyıq. "The Аtlantic" nəşrində dərc olunan məqalədə deyilir ki, virusun ötürülmə yollarının qarşısı alınmasa, pandemiya səngiməyəcək. Hər virusun yoluxma yolları araşdırılıb, ona uyğun mübarizə aparılmalıdır. COVİD-19 yeni yayılanda alimlər səhv yola girdilər. Onlar virusun qrip kimi xəstə adamla təmasdan təkcə hava-damcı ilə yayıldığını elan etdilər. Amma koronavirus hava ilə - aerozol üsulu ilə də yayılır. 1 il yarım keçəndən sonra bu dəqiqləşdi. Ona görə pandemiyanın əvvəlində ÜST deyirdi ki, maska virusdan qorumur, əlləri, üzü sabun, su ilə yumaq və xəstə adamdan məsafəli davranmaq lazımdır. Amma bir dəfə də olsun xəstə adamla ünsiyyətdə olmayan şəxslərin virusa yoluxduğu və virus hissəciklərinin 6-9 saat havada asılı qalması aşkar olunandan sonra səhv yolda olduğumuzu anladıq. Virus hava ilə yayılır. Ona görə açıq təmiz havada yoluxma riski azdır, qapalı məkanda isə çox. Ona görə də mübarizə metodlarına dəyişiklik edilməlidir.

Koronavirusla mübarizənin yolu keçmişdə olduğu kimi onun yayılma yolunu kəsməkdir. Müasir dövrdə bu ventilyasiya sistemidir. İnsanlar çoxdandır çirkli su içmir, şəhərlərdə bataqlıq yoxdur, əlləri yumaq üçün su və sabun var. Bəs biz niyə yoluxuruq? Səbəb nəfəs aldığımız çirkli havadır.

- Hər dəqiqə biz 8-10 litr hava alıb ağciyərlərimizlə dövr etdiririk. Ofisdə, qapalı yerdə hava aldıqda isə biz başqalarının ağciyərlərindən çıxan hava və qazlarla nəfəs alırıq.

Otaqda bir xəstə adamın burnundan çıxan virusun aerozol yəni millemtrik toz kimi zərrəcikləri (insan telindən 20 dəfə nazik və kiçik) havada asılı qalır, ventilyator, kondinsioner və insanların alıb-verdiyi nəfəslə isə o otağın bir tərəfindən digərinə uçur. Ona görə də istənilən an sosial məsafə anlamı pozulur və otağa girib çıxan hər kəs yoluxa bilir. Yalnız adi maska yox, ciddi respirator daim ağız-burunda olarsa yoluxma riski azalır. Aerozol hissəciklər daha təhlükəlidir, çünki onlar ağciyərlərin ən dərin qatlarına keçir.

Qrip virusu da aerozol yolla yayılır, bu hələ 1977-ci ildə sübut olunub. Lakin koronavirus qrip kimi deyil və o hər gün minlərlə can alır. Pandemiyanın 2-ci ilində biz həqiqəti görüb, koronavirusun yayılma yolları ilə mübarizə aparmalıyıq. Bununla bağlı Merilend universitetində unikal eksperiment aparılır və proqram hazırlanır.

Dövlətlər, hökumətlər bu vaxta kimi içməli su, sanitariya, qida təhlükəsizliyinə milyonlarla vəsait ayırıb. Amma indi virusların əlində əsir olmamaq üçün binaların tikintisi, havalandırılması və ventilyasiya sisteminə diqqət yetirməlidirlər. Qaydalar dəyişməlidir. Otaqların, qapalı məkanların 5 dəqiqədən bir havasının yenilənib, təzə hava axını ilə təmin olunması metodları işlənməlidir. Binaların, evlərin layihələndirilməsində virusların yayılmasına qarşı tədbirlər görülməlidir.

Kondinsioner, ventilyator, ümumi sistem havalandırılması işə yaramır. Onlar otaqda olan aerozol virusları bir tərəfdən digərinə yayıb insanları yoluxduracaq. Ventilyasiya sistemləri yarım saat ərzində 4-6 dəfə bütün məkanın havasını dəyişməlidir. Bunun üçünsə filtlər quraşdırılmalıdır. Amma bu metod çox bahalıdır. Əgər xəstəxana, məktəblər, dövlət idarələrində bu sistem dəyişdirilsə, milyardrlarla dollar vəsait lazimdır. Ona görə ÜST və hökumətlər üçün vaksin daha asan və ucuz yol kimi görünür. Lakin görünən odur ki, vaksinlə koronaya qalib gəlmək mümkün olmayacaq.

Daha etibarlı yolla getməliyik ki, gələcəkdə də viruslar dünyanı iflic etməsin. Yaxşı olar ki, milyardlar da olsa, havalandırma sistemlərində dəyişiklik olunsun. Əks təqdirdə, pandemiyanın vuracağı zərər bu xərclərdən daha çox olacaq.

Son.az 

Castin Biberin arvadı kimi təqdim olunmasından danışdı like
  • 19 Sen 15:07  
Digərləri Castin Biberin arvadı kimi təqdim olunmasından danışdı

Model Heyli Biber müğənni Castin Biberin həyat yoldaşı kimi təqdim edilm

arrow Ətraflı
1937ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, like
  • 19 Sen 15:00  
Digərləri 1937ci ildə həbs edildi, sevdiyi qadını güllələdi,

Son.az Kulis.az-a istinadən Azərbaycan tarixinin ən qalmaqallı şəxslərind

arrow Ətraflı
Tehran Bakıdan xahiş edir like
  • 19 Sen 14:53  
Siyasət Tehran Bakıdan xahiş edir

"İran Azərbaycandan Gorus-Qafan yolunda saxlanılan sürücülərin azad

arrow Ətraflı
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələnib like
  • 19 Sen 14:52  
Digərləri Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələnib

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadal

arrow Ətraflı
Ermənistanda COVİD19a yoluxanların sayı 253 600 nəfərə çatıb like
  • 19 Sen 14:37  
Dünya Ermənistanda COVİD19a yoluxanların sayı 253 600 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 253 600 nə

arrow Ətraflı
Koronavirusun kişi cinsiyyət orqanına gözlənilməz təsiri like
  • 19 Sen 14:30  
Digərləri Koronavirusun kişi cinsiyyət orqanına gözlənilməz təsiri

Texas Universitetinin alimləri SARS-CoV-2 koronavirusunun kişilərin cinsiyyə

arrow Ətraflı
Ermənistanın iki vətəndaşı Azərbaycan ərazisinə keçib like
  • 19 Sen 14:24  
Digərləri Ermənistanın iki vətəndaşı Azərbaycan ərazisinə keçib

Sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmas

arrow Ətraflı
ABŞ minlərlə miqrantı deportasiya edəcək like
  • 19 Sen 14:22  
Dünya ABŞ minlərlə miqrantı deportasiya edəcək

ABŞ hakimiyyəti bu gündən Texas ştatında sığınacaq gözləyən Haitili

arrow Ətraflı
Uşaqlarınıza bu qidadan çox verin like
  • 19 Sen 14:15  
Digərləri Uşaqlarınıza bu qidadan çox verin

Bildirçin yumurtası öz faydaları ilə insanların sevimli qidasına çevrili

arrow Ətraflı
Ərdoğan Zəngəzur dəhlizinin açılması məsələsindən danışdı like
  • 19 Sen 13:54  
Siyasət Ərdoğan Zəngəzur dəhlizinin açılması məsələsindən danışdı

Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan münasibətlərindək

arrow Ətraflı
Hindistanda koronavirusdan ölənlərin sayı 445 minə çatır like
  • 19 Sen 13:52  
Dünya Hindistanda koronavirusdan ölənlərin sayı 445 minə çatır

Hindistandan ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 30 773 n

arrow Ətraflı
Əhəmiyyət vermədiyimiz simptom ürəkdə problemin siqnalı ola bilər like
  • 19 Sen 13:45  
Digərləri Əhəmiyyət vermədiyimiz simptom ürəkdə problemin siqnalı ola bilər

Əllər və ayaqlar qəfildən keyiyirsə, bu, qanda xolesterinin səviyyəsinin

arrow Ətraflı
Səyyad Əlizadənin son vəziyyəti like
  • 19 Sen 13:39  
Kriminal Səyyad Əlizadənin son vəziyyəti

Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəzi

arrow Ətraflı
Astroloji xəritəsinə baxdırdığına görə boşanır like
  • 19 Sen 13:37  
Digərləri Astroloji xəritəsinə baxdırdığına görə boşanır

Futbolçu Özər Hurmacı həyat yoldaşı Mehriban Hurmacıdan boşanmaq üçü

arrow Ətraflı