Castin Biberin arvadı kimi təqdim olunmasından danışdı


Digərləri 19 Sen 2021 15:07:00 122 0

Castin Biberin arvadı kimi təqdim olunmasından danışdı

Model Heyli Biber müğənni Castin Biberin həyat yoldaşı kimi təqdim edilməsinə münasibət bildirib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, Heyli qatıldığı bütün tədbirlərdə və ya proqramlarda adının Castinin arvadı kimi çəkilməsindən narahat olmadığını açıqlayıb:

"Həqiqətən tanınmış bir insanla evləndiyiniz zaman sizə "filankəsin həyat yoldaşı" deyə müraciət etmələrini də qəbul etmiş olursunuz. Bu məni narahat etmir. Çünki yalan deyil, bəli, Castinin arvadıyam.

Məni narahat edən bəzi insanların "əgər onun həyat yoldaşı olmasaydı, heç kim onu tanımazdı" deyə, düşünməsidir. Bununla razı deyiləm. Öz bağlantılarım var, işlərimi görüb pulumu qazanıram".

Son.az