ABŞ minlərlə miqrantı deportasiya edəcək


Dünya 19 Sen 2021 14:22:00 127 0

ABŞ minlərlə miqrantı deportasiya edəcək

ABŞ hakimiyyəti bu gündən Texas ştatında sığınacaq gözləyən Haitili miqrantları deportasiya etməyə başlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "BBC News" telekanalı xəbər verib.

Məlumata əsasən, miqrantlar öz ölkələrinə geri göndəriləcəklər.

Qeyd edək ki, ABŞ-ın Texas ştatının Del-Rio şəhərini Meksikanın Syudad-Akunya şəhərini birləşdirən körpünün altında Haitindən gələn təxminən 10 min miqrant düşərgə yaradıb və sığınacaq tələbi irəli sürüb.