Qəhrəman şəhidlərimizin anaları Şuşada


Digərləri 19 Sen 2021 13:07:00 157 0

Qəhrəman şəhidlərimizin anaları Şuşada

Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub.

Son.az xəbər verir ki, ziyarətçilər arasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun və Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası da olub. Onlar İsa bulağını da ziyarət ediblər. Səfərdən fotoları aparıcı Lalə Azərtaş sosial şəbəkədə paylaşım edib. 

Xatırladaq ki, Polad Həşimovun anası Səmayə Həşimova Şuşanın işğaldan azad olunması ilə oğlunun qisasının alındığını və ən böyük arzusunun Şuşanı ziyarət etmək olduğunu bildirmişdi.