Dünyanın ən ucuz elektrikli avtomobili


Digərləri 19 Sen 2021 12:30:00 156 0

Dünyanın ən ucuz elektrikli avtomobili

Dünyanın ən ucuz elektriklə işləyən avtomobili "Kar K5" Çində cəmi 2100 dollara satışa çıxarılıb. Son.az bu barədə Sputnik Azərbaycan-a istinadla xəbər verir.

Kifayət qədər sadə quruluşa malik bu elektromobil Çində "Alibaba" internet marketinq şəbəkəsi vasitəsilə satılır.

"ElectricKar" tərəfindən istehsal olunan "Kar K5" iki yerlik, dörd təkərli moto nəqliyyat vasitəsidir.

"Kar K5" elektrikli motosiklet və skuterlər üzrə ixtisaslaşmış "Regal Raptor Motors" şirkəti ilə birlikdə istehsal olunur.

Bununla belə, sözügedən avtomobili hər ölkədə sürmək olmaz, çünki maşının yolda istifadəsi xüsusi şəkildə təsdiqlənməlidir.

Qeyd edək ki, elektromobil və ya elektrikli avtomobillər - bir və ya bir neçə elektrik mühərriki tərəfindən idarə olunan, daxili yanma mühərriki ilə deyil, müstəqil elektrik mənbəyi (batareyalar, yanacaq elementləri, kondensatorlər və s.) ilə işləyən maşınlardır.