Səsindən istifadə edən müğənnidən 75 min tələb edir


Şou-biznes 19 Sen 2021 10:30:00 193 0

Səsindən istifadə edən müğənnidən 75 min tələb edir

Müğənni Nikol Rona həmkarı Banu Alkanı məhkəməyə verib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı Banunun oxuduğu "Beyaz orkide" mahnısındakı nəqarət hissəsindəki səsin ona aid olduğunu iddia edib. O, bunun müqabilində Banudan 75 min lirə təzminat tələb edir.

Nikolun vəkili hər hansı razılıq və ya icazə alınmadan səsin istifadə olunduğunu bildirərək məhkəməyə müraciət etdiklərini açıqlayıb. Şikayət ərizəsində Banunun 4 ildən çoxdur mahnını öz adından səsləndirdiyi və maddi gəlir əldə etdiyi qeyd olunub. Müvəkkil tərəfindən istənilən təzminatın 25 mini maddi, 50 min lirəsi isə mənəvi ziyana görə tələb edildiyi bildirilib.

Son.az