Üç sutka acsusuz yük maşınında yol qətt edərək Avropa ölkələrdən birinə keçməyə çalışdı


Dünya 19 Sen 2021 10:06:00 128 0

Üç sutka acsusuz yük maşınında yol qətt edərək Avropa ölkələrdən birinə keçməyə çalışdı

Ukraynalı sərhədçilər Rumıniya ilə sərhəddə yük maşınının ehtiyat təkərinin üstündə Avropa ölkələrindən birinə keçməyə çalışan 16 yaşlı Əfqanıstan vətəndaşını aşkar ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, yeniyetmə oğlan keçid məntəqəsində avtomobilə baxış keçirilərkən aşkar edilib.

Yük maşını sürücüsü onun idarə etdiyi maşında gizlənən "sərnişindən" xəbərsiz olduğu qeyd edib.

16 yaşlı Əfqan dərhal qida ilə təmin edilib.

Onun gələcək taleyi barədə hələlik mətbuata məlumatverilməyib.