Niyə atəş Həzrət İbrahim üçün gül bağçasına çevrilmişdi?


Digərləri 18 Sen 2021 21:50:00 101 0

Niyə atəş Həzrət İbrahim üçün gül bağçasına çevrilmişdi?

Həzrət İbrahim (ə) - Ulul-əzm peyğəmbələrindəndir ki, din gətirmiş və kitaba malik olmuşdur. O, Həzrət Nuhdan (ə) min il sonra zühur etmişdi. Onun nəsəb silsiləsini belə yazırlar: "İbrahim ibni Tarəc ibni Nahur ibni Səruh ibni Rəu ibni Faləc ibni Abər ibni Şaləh ibni Ərfəkşaz ibni Nuh".

Bu peyğəmbər (ə) Babil şəhərlərinin birində dünyaya gəlmişdi. İbrahim peyğəmbərin (ə) zamanında baş verən ən mühüm hadisələrdən biri də Nəmrudun qaladığı atəşin gül bağçasına çevrilməsidir.

Həzrət İbrahim (ə) dövrəsindəki insanların qeyd etdiyi bayramın gələcəyini səbirsizliklə gözləyirdi. Bütün insanlar bu bayram olan zaman şəhərdən çıxar və gəzərdilər. Həmin gün hamı şəhərdən çıxdı. İbrahimi (ə) də gəzməyə dəvət etdilər, lakin o, cavabında buyurur: "Mən xəstəyəm və sizinlə gəzməyə gedə bilmirəm". O zaman ki, şəhər boşaldı, İbrahim (ə) özü ilə bir balta görüb bütlərin saxlandığı yerə gedir. Sonra orada olan bütləri sındırdı. İnsanlar gəzməkdən gələndə bu mənzərəni heyrətlə müşahidə edirlər. Onlar bilirlər ki, bu işi kim görmüşdür və onu adi ölümlə deyil, daha ağrılı bir ölümlə cəzalandırmaq istəyirlər.

Nəmrud əmr edir ki, atəş qalasınlar və İbrahimi də mancanaqla həmin atəşə atsınlar. Özü də gəlib alovun kənarında əyləşir və bu mənzərəyə tamaşa edir. Bu zaman torpaq dilə gəlir və deyir: "Allahım, yer üzündə ondan başqa Sənə pərəstiş edən yoxdur və onu yandıracaqlar". Allah Təala cavab verir: "Əgər məni çağırsa, ona nicat verərəm".

İmam Baqir (ə) buyurur: "O gün İbrahimin duası belə idi:

"یا احد [یا أحد یا صمد] یا صمد، یا من‏ لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ وَ لَمْ یَكُنْ لَهُ كُفُواً أَحَدٌ"

Sonra buyurur: . "تَوَكَّلْتُ عَلَى اللَّهِ‏" ("Təvəkkəltu aləllah"). Allah Təala buyurur: "Sənə nicat verəcəyəm". Sonra atəşə buyurur: "Soyuq ol!". Bu zaman elə soyuq olur ki, İbrahimin (ə) dişləri bir-birinə dəyir. Onun ardınca Allah buyurur: "(Nəhayət onu böyük bir oda atdılar. Lakin Biz odun mahiyyətinə) buyurduq: "Ey od, İbrahimə soyuq və zərərsiz ol!"". ("Ənbiya" 69).

Həzrət İbrahimi (ə) mancanağa qoyan zaman deyir ki, Allahım, sənə təvəkkül edirəm və Səndən başqa heç bir şeyə etina etmirəm. Allaha etimad bəsləmək və Ona təvəkkül etmək Həzrət İbrahimə (ə) nicat verdi. İmam Rza (ə) buyurur: "Həqiqətən Allah Təala İbrahimi öz dostu bilir və çünki o, heç bir zaman Allahdan başqasını iradə etməzdi. Allahdan başqa heç kəsdən istəməzdi. Belə ki, onu mancanağa qoyan zaman Cəbrayil (ə) yanına gəlir və buyurur: "İstəyin vardırmı?". Buyurur: "Bəli, ancaq səndən deyil". Yəni, Allahım mənə kifayət edir.

Ona görə də Allah Təala buyurur: "Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?". ("Nəcm" 37).

Həzrət İbrahim (ə) nəinki bu hadisədə, həyatını hər bir halında Allahdan qeyrisinə əl açmazdı. Allahdan qeyrisinə ümid bəsləməzdi. Bu sifət başqa peyğəmbərlərdə (ə) də özünü büruzə verirdi.

Həzrət İbrahim (ə) Allaha təvəkkül edərək və ancaq Ondan yardım diləyərək, alovu soyuq edə bilir. Allahın rəhməti həmişə salehlərə şamil olmuşdur.