Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı


Dünya 18 Sen 2021 20:46:00 145 0

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində bir neçə partlayış baş verib.

Son.az modern.az-a istinadən bildirir ki, hadisə nəticəsində ən azı 3 nəfər həlak, 20-yə yaxın insan yaralanıb. Agentlik qeyd edir ki, ölənlər arasında "Taliban" hərəkatının üzvləri də var.

Patlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib. Cəlalabad şəhəri İŞİD terror təşkilatının fəaliyyət göstərdiyi Nanqarhar vilayətinin mərkəzidir.