Beynəlxalq Muğam Mərkəzi Milli Musiqi Günündə onlayn konsertlər təqdim edir VİDEO


Kriminal 18 Sen 2021 17:47:00 167 0

Beynəlxalq Muğam Mərkəzi Milli Musiqi Günündə onlayn konsertlər təqdim edir  VİDEO

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur.

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətini hər zaman daha da genişləndirərək beynəlxalq layihələr, konsert tədbirləri, elmi-tədqiqat sahəsində seminar və konfranslar, milli musiqi, aşıq və muğam sənətimizin inkişafına və təbliğinə xidmət edən yeni layihələr və konsertlərlə tamaşaçıların görüşünə gəlir.  Mütəmadi olaraq müxtəlif  konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM müvəqqəti olaraq onlayn şəkildə öz Facebook və İnstagram səhifəsindəndən sizlərə mədəni xidmət göstərir.

18 sentyabr Milli Musiqi Günü ərəfəsində BMM -nin "Muğam axşamları" layihəsi çərçivəsində solistlərimizin ifalarından ibarət konsert proqramını təqdim olunur.

Bu il keçirilən Milli musiqi günü və festival  bütün xalqımız üçün böyük əhəmiyyətə malikdir. 30 illik həsrətdən sonra ilk dəfə olaraq bu bayram  Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada təşkil ediləcək.  Bu çox qürurverici və tarixi bir hadisədir. Həmin gün Şuşada ölməz Üzeyir musiqisi , Azərbaycan notları səslənməklə illərdir həstərdə olan torpağa bir ruh, bir doğmalıq şölələri çilənəcək.BMM bütün sənətsevərləri Milli Musiqi Günü münasibətilə təbrik edir.