Dünyanın ən ucaboy xalqı açıqlandı


Dünya 18 Sen 2021 15:48:00 114 0

Dünyanın ən ucaboy xalqı açıqlandı

Dünyanın ən uzun boylu insanları Niderland sakinləridir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin statistika idarəsindən məlumat verilib.

Məlumata görə, ötən əsrin 80-ci illərində ölkədə doğulan nəsil müasir dünyanın ən ucaboy insanları olaraq qeydə alınıb. Belə ki, həmin şəxslərin orta boyu kişilərdə 183.9, qadınlarda isə 175.6 sm-dir. Yeni minillikdə dünyaya gələn niderlandlıların boyu isə onlardan 1-1.4 sm daha alçaqdır.

Qurumdan bildirilib ki, ölkəyə gələn miqrant dalğasıyla əlaqədar, son dörd nəsildə Niderland sakinlərinin boyu azalıb.