Azərbaycan və İran GorusQafan yolundakı vəziyyəti müzakirə ediblər


Siyasət 18 Sen 2021 12:48:00 133 0

Azərbaycan və İran GorusQafan yolundakı vəziyyəti müzakirə ediblər

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə Gorus-Qafan yolundakı vəziyyət haqqında müzakirə aparıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə bölgədəki hazırkı proseslər, Azərbaycan və Ermənistan arasında sərhəd ərazilərdəki vəziyyət, Gorus-Qafan yolunda nəqliyyat vasitələrinin hərəkəti və digər məsələlər müzakirə olunub.