Ermənistan Bakının şərtinə əməl etməsə,


Siyasət 17 Sen 2021 17:18:00 221 0

Ermənistan Bakının şərtinə əməl etməsə,

"Azərbaycanın sərhəd naryadına edilən hücumdan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağladı. Sonra isə Laçın dəhlizi vasitəsilə İranın yük maşınlarının, eyni zamanda yanacaq-sürtkü mallarını daşıyan maşınların qanunsuz olaraq Azərbaycan ərazisinə keçməsi faktı qeydə alınandan sonra rəsmi Bakı Qubadlı rayonu ərazisindən keçən Gorus-Qafan yolunu bağlamış, eyni zamanda oradan keçən maşınların yoxlanışı həyata keçirilməyə başlayıb".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bidirib ki, Ermənistan daha ağır vəziyyətlə qarşı-qarşıya qalacaq:

"Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, yalnız İranın maşınları yoxlanılır və onlar vergitutma obyekti kimi Azərbaycan qanunvericiliyinə uyğun olaraq rüsum ödəməli olurlar. Son dövürlər baş verən poseslərlə bağlı İran tərəfi alternativ yol axtarmaq üçün müxtəlif vasitələrə əl atır, bu, eyni zamanda Ermənistan daxilində çətin keçilən bir sıra yollar vasitəsi ilə həyata keçirilir, digər tərəfdən də investisiya axtarırlar ki, Zəngəzur (Sünik) vilayətindən yeni yol çəkilsin. Bu yol M2 strateji magistral xəttinə alternativ olacaq. Qeyd etmək lazımdır ki, Ermənistanın yollar üzərində problemi nəyinki Gorus-Qafan yolunda müşahidə olunur, eyni zamanda Ermənistanla Gürcüstan arasında əlaqəni təmin edən "Yuxarı Larz" sərhəd-buraxlış keçid məntəqəsi də buz bağlayır və TIR-lar oradan keçə bilmirlər. Ona görə də bu yol həm də İran-Ermənistan-Gürcüstan yolu olduğu üçün və eyni zamanda qarşıdan qış aylarının gəldiyini nəzərə alaraq Ermənistan iqtisadiyyatı üçün nə qədər ağırılı nəticələr verəcəyini indidən proqnozlaşdırmaq mümkündür. 

Digər tərəfdən Ermənistanla İran arasında da keçirilən siyasi dialoqlarda bu məsələnin həlli istiqamətində investor axtarışı, sərmayədarların sırf yol infrastrukturuna yatırımlar edilməsi ilə bağlı axtarışa çıxıblar. Bu xüsusda Ermənistanın baş naziri Nikol Paşinyan KTMT sammiti çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə də görüşdü. Görüşdə əsasən yolda yaranan problemlərm müzakirə olunub. Səhəd probleminin qarşısının alınması, eyni zamanda Gorus-Qafan yolunun sərbəst və rahat şəkildə istifadə olunması üçün ilk növbədə Azərbaycanın şərtlərinin təmin olunması önəmli xarakter daşıyır. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınması, eyni zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı maneələrin yaradılmaması əsas prioritetdir. Əgər bu şərtlər yerinə yetirilərsə, onda hər hansısa investisiya axtarışına, müxtəlif tərəflər arasında dialoqların keçirilməsinə də ehtiyac qalmaz. Görünür ki, bu şərtlərin yerinə yetirilməməsi üçün Ermənistan 1 milyard dollarlıq bir layihənin həyata keçirilməsi məqsədi ilə sərmayədar axtarışındadır. Öz iqtisadi resurusları bu potensialda olmadığından hansısa kənar tərəflər arasında bu investisiyanın təmin olunmasına çalışırlar".

Təhməz Əsədov Son.az