Faktaraşdırıcı missiya Ağdama səfər edib FOTO


Siyasət 17 Sen 2021 15:06:00 289 0

Faktaraşdırıcı missiya Ağdama səfər edib  FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi Ağdamda ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.

Monitorinqlərdən sonra əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.