Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim olundu


Kriminal 17 Sen 2021 14:03:00 123 0

Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim olundu

Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyinə təqdim edilib.

Son.az bildirir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov rəsmi "Twitter" hesabında paylaşım edib.

Nazir qeyd edib: "Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılması, Vətən müharibəsindən danışdım. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyini təqdim etdim".

Son.az