Demokratlar 3 ildən sonra ABŞı tamamilə məhv edəcəklər Tramp


Dünya 17 Sen 2021 09:05:00 112 0

Demokratlar 3 ildən sonra ABŞı tamamilə məhv edəcəklər  Tramp

Demokrat Partiyasının nümayəndələrinin hakimiyyətdə qalacağı təqdirdə ABŞ üç ildən sonra məhv olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2022-ci ildə keçiriləcək seçkilərdə respublikaçılar ABŞ Konqresində çoxluq qazana, 2024-cü ildə isə rəhbərliyə gələ bilməsə, 3 ildən sonra ölkədən heç nə qalmayacaq.

D.Tramp əlavə edib ki, hazırkı Prezident Cozef Baydenin hakimiyyətinin səkkiz ayı ərzində ABŞ "heç vaxt olmadığı kimi geriləyib".