10 mindən çox haitili miqrant ABŞda sığınacaq istəyinə cavab gözləyir


Dünya 17 Sen 2021 08:39:00 131 0

10 mindən çox haitili miqrant ABŞda sığınacaq istəyinə cavab gözləyir

ABŞ-da sığınacaq istəyən 10 mindən artıq Haitili miqrant Texas ştatının cənubundakı Del Rio şəhərində toplaşıb.

Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Washington Post" qəzeti xəbər verib.

Bildirilir ki, iyulun 7-də Haiti Prezidenti Jovenel Moizin öldürülməsindən və avqustun 14-də ölkədə baş verən güclü zəlzələdən sonra ABŞ hakimiyyəti Haitililər üçün "Müvəqqəti Qorunan Şəxslər" statusunn müddətini uzadıb. Bu status, deportasiyadan edilməməyə, ABŞ-da iş icazəsi və müvəqqəti yaşamaq icazəsi almağa imkan verir. Lakin sözügedən status gələcəkdə yaşıl kartın alınmasını, yəni daimi yaşamaq hüququnu təmin etmir.

Məlumata əsasən, onlar ABŞ-da sığınacaq almaq üçün müraciətin ilk addımı kimi ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalarını gözləyirlər. Qəzet qeyd edib ki, miqrantların əksəriyyətinin daha sonra məhkəmə qarşısına çıxmaq şərti ilə ABŞ-a qəbul olacağı ehtimal olunur.