Səudiyyə Ərəbistanı husilər tərəfindən atılan raketi vurub


Dünya 17 Sen 2021 07:40:00 99 0

Səudiyyə Ərəbistanı husilər tərəfindən atılan raketi vurub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə bölmələri Yəməndən Krallığın ərazisinə atılan bir ədəd ballistik raket və 4 ədəd pilotsuz uçuş aparatını vurublar.

Trend-in "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Koalisiyanın mətbuat xidmətindən bildiriblər.

Bildirilir ki, raket və dronların hədəfi Səudiyyə Ərəbistanının Cizan əyaləti olub.

İnsident nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.