İsraildə koronavirusa yoluxanların sayı 1,2 milyonu ötüb


Dünya 17 Sen 2021 07:30:00 92 0

İsraildə koronavirusa yoluxanların sayı 1,2 milyonu ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 586 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 208 144 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 21 nəfər ölüb və ölənlərin ümumi sayı 7 465 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 117 027 nəfəri sağalıb, aktiv xəstələrin sayı 83 652 nəfərə qədər azalıb.