"Türkiyə ordusu vurulacaq" Putindən


Dünya 16 Sen 2021 22:09:00 115 0

"Türkiyə ordusu vurulacaq"  Putindən

Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə görüşdən sonra səsləndirdiyi fikirlər geniş müzakirə mövzusuna çevirilib.

Son.az kanal.az-a istinadən xəbər verir ki, Putin hazırda Suriyada ən böyük problemin xarici qüvvələr olduğunu irəli sürüb. O deyib:

"Məncə hazırda Suriyada ən böyük problem xarici silahlı qüvvələrdir. BMT-nin və sizin (Əsədə xitab edir) tələb etmədiyiniz halda ölkənin bəzi bölgələrinə yerləşiblər.  Ölkənin bəzi cəbhələrində nəzarət altına alınması çətin olan terrorçu hücumları davam edir".

Türkiyəli şərhçi Taha Dağlı bildirib ki, Putinin bu bəyanatı yaxın vaxtlarda Türkiyə ordusunun olduğu İdlib bölgəsinə hücumların olacağına işarə edir. Şərhçi hesab edir ki, Putin Türkiyənin adını çəkməsə də, xarici qüvvələr deməklə ilk növbədə türk hərbçiləri nəzərdə tutur.

Qeyd edək ki, ötən həftə İdlibdə 3 türkiyəli hərbçi şəhid olub. Məsuliyyəti terrorçular üzərinə götürsə də, bu təsadüfi hücum hesab olunmur.