"Bütün dünya bizim toyumuzdan danışacaq"


Şou-biznes 16 Sen 2021 15:54:00 118 0

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb.

Son.az axşam.az istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: 

"Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızda danışacaq. Ona belə bir şeyə ehtiyac olmadığını bildirdim".

Qeyd edək ki, Mohammed 3 ay bundan əvvəl Şeymaya evlilik təklifi edib və "hə" cavabı alıb.