"Ata tərəfim Azərbaycandandır"


Şou-biznes 16 Sen 2021 14:00:00 120 0

"Ata tərəfim Azərbaycandandır"

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen'le 2.Sayfa" proqramının qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasının səbəbi də budur:

"Çox gözəl yatıram. Hətta verilişdə reklam fasiləsində yata bilərəm. Gənclik iliksirim yoxdur, ruhum gəncdir. Heç bir estetikim də yoxdur. Ailədən qaynaqlanır. Genetik şansdır. Azərbaycan köklüyük. Atalarımızda Azərbaycandan gəlmə kökümüz var. Məncə bundandır. Dünyanın ən sağlam adamı deyiləm. Amma yaşıma görə pis deyiləm".