Özcan Dəniz hakim qarşısına çıxdı


Şou-biznes 16 Sen 2021 10:24:00 134 0

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:

"Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyətə salmaq istəyir. Boşanmaq üçün mən müraciət etmişəm. Şiddət görən qadın olaraq o məhkəməyə müraciət etməyib".

Şahidlərin dinlənilməsi üçün məhkəmə başqa bir günə təyin olunub.

Qeyd edək ki, Özcanla Feyza 2018-ci ildə ailə qurub. Cütlük bir il sonra boşanıb. Onların Kuzey adlı bir oğlu var.