Fransada dənizdə çimərkən 9 turist boğulub


Dünya 16 Sen 2021 07:57:00 91 0

Fransada dənizdə çimərkən 9 turist boğulub

Fransanın Aralıq dənizi sahillərində anidən meydana gələn yüksək dalğalar 9 nəfərin ölümünə səbəb olub.

Son.az APA-ya istinadən xəbər verir ki, əvvəlcədən yerli hakimiyyət orqanları dənizdə yarana biləcək təhlükəli dalğalar barədə xəbərdarlıq edib.

Ölənlərin hamısı tövsiyələrə məhəl qoymayan və isti havada dənizdə çimən turistlər olub.

Qeyd edək ki, hazırda Fransanın cənub və şərqindəki altı departament baş verən ciddi leysan və daşqınlarla əlaqədar "narıncı" təhlükə səviyyəsinə daxil edilib.