Əslən Bakıdan olan “qanuni oğru” Taleh Dağlıyev Rusiyada saxlanılıb FOTO


Kriminal 15 Sen 2021 22:55:00 166 0

Əslən Bakıdan olan “qanuni oğru” Taleh Dağlıyev Rusiyada saxlanılıb  FOTO

Əslən Bakıdan olan azərbaycanlı "qanuni oğru" Taleh Dağlıyev Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində polis tərəfindən saxlanılıb.

Son.az APA-ya istinadən bildirir ki, daha çox Tolik Noqinski kimi tanınan 37 yaşlı Taleh Dağlıyev haqqında qanunsuz narkotik maddə saxlama ittihamı ilə cinayət işi başladılıb.

Taleh Dağliyevin dediyinə görə, o, Mineralnıye Vodı şəhərinə keçən cümə müalicə üçün gəlib.

Axtarış zamanı onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürüldüyü bildirilir.

Əməliyyatçıların Taleh Dağlıyevə "qanuni oğrular"la əlaqəsinin olub-olmamasını soruşduqda, "onlardan uzağam", deyə cavab verib.