Heyvanlara görə reklamdan imtina etdi


Şou-biznes 15 Sen 2021 21:00:00 122 0

Heyvanlara görə reklamdan imtina etdi

Aktyor Çağlar Ertuğrul örnək addımıyla gündəmə gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor həmkarlarını heyvanlar üzərində sınaq aparılmadan istehsal olunan məhsulları istifadə etməyə çağırıb.

"Həmkarlarım, makiyaj videolarınız həqiqətən əyləncəlidir. Amma ümid edirəm, məhsulların "cruelty-free" olmasına diqqət edirsiniz. Mən bu mövsüm çəkiliş meydançasında makiyaj ustamızdan bununla bağlı xahiş etdim. Təəssüf ki, gec fərqinə vardıq. Hətta bir reklam çəkilişindən sırf bu səbəbdən imtina etdim. Düzdür, bir dostum menim yerimə qəbul edib... Dünya bütün canlılarındır, ortaq həssaslıq şərtdir" deyə, Çağlar paylaşımında bildirib.

Qeyd edək ki, aktyor hazırda "Teşkilat" serialın Serdar obrazını canlandırır.