Şəhid ailəsi şikayətçidir VİDEO FOTO


Digərləri 15 Sen 2021 16:42:00 112 0

Şəhid ailəsi şikayətçidir  VİDEO  FOTO

Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Qazax rayonu Xanlıqlar kəndinin sakini Budaqov Akif Məmmədxan oğlunun ailəsi üzləşdikləri problemlə bağlı redaksiyamıza müraciət edib.

Şəhid ailəsi iddia edir ki, Məhkəmə Qərarların İcrası Baş İdarəsinin əməkdaşları onların evinə daxil olub qapını sındırıb, onlara xəsarət yetiriblər.

Şikayətçi tərəf bildirir ki, ev sahibi Gülnarə Budaqovaya ev şəhid atasından qalıb. Gülnarə də birinci qrup əlildir. Onun qardaşı Ramil isə hərbi qulluqçudur. İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır və Kəlbəcərdə xidmət çəkir. Və xəbəri yoxdur ki, onun evinə məhkəmə nəzarətçiləri daxil olub. Məsələ ondadır ki, Ramil ailəsindən boşanıb. Sonra evin gəlini məhkəməyə müraciət edərək bu evə iddiasını ortaya qoyub.

Məhkəmə qərarını əlində əsas tutan qadın evdən hamının çıxarılmasını tələb edir. Halbuki evdə 90 yaşlı qadın, hərbçinin ailəsi və qardaşları yaşayır. İndi məhkəmə qərar çıxarıb ki, hamı evdən çıxmalıdır. Şikayətçi tərəf həmçinin, məhkəmə işçilərinin onların ailə üzvlərinə fiziki xəsarət yetirmələri ilə bağlı prokurorluğa, müvafiq orqanlara şikayət edib.

Kamran Seyidov Son.az