“Topaz”da pul uduzan şəxs sələmçini bıçaqlayıb


Digərləri 15 Sen 2021 16:12:00 63 0

“Topaz”da pul uduzan şəxs sələmçini bıçaqlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən bildirir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.

İttihama görə, hadisə bu il martın 29-u saat 14:30 radələrində paytaxtın "Bolşoy Prazdnik" adlı mağazanın yaxınlığında baş verib.

Belə ki, T.Quliyev zərərçəkmiş İ.Manaflı ilə aralarında olan borc pulun ödənilməsi ilə bağlı mübahisə edib. Daha sonra o, mətbəx bıçağı ilə İ.Manaflının döş qəfəsinə və qarın nahiyyəsinə bir neçə zərbə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

T.Quliyevin barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə ona ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən T.Quliyev özünü tam təqsirli bildiyini söyləyib.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yüksək balla daxil olub. Ali təhsil aldıqdan sonra müxtəlif dövlət orqanlarında işləyib. Sonradan "Topaz" mərc oyununa böyük marağı olub və çoxlu məbləğdə borcu yaranıb.

"Topaz" mərc oyunundan yaranan asılılığına görə T.Quliyev sonuncu iş yeri olan Dövlət Əmlak Komitəsində tutduğu vəzifədən azad edilib. Bütün bunlar onda psixi pozuntulara səbəb olub və bununla bağlı olaraq o, 2 dəfə ruhi əsəb xəstəxanasında stasionar qaydada müalicə alıb. Bundan sonra T.Quliyevin sinir sistemi pozulub və o, özünə qapanıb. Tanışları və ailə üzvləri T.Quliyevin "Topaz" mərc oyunundan asılılığına görə artıq ona pul verməyiblər. Buna görə də T.Quliyev mərc oyunu oynamaq üçün İ.Manaflıdan bir neçə dəfə sələmə pul götürüb və faizi ilə geri qaytarıb.

Cinayət işinin materiallarında qeyd edilib ki, T.Quliyev sonuncu dəfə 1 000 manat pulu İ.Manaflının istəyinə uyğun olaraq, sonuncu ilə onu tanış edən Alı adlı şəxsə verib. Həmin vaxt İ.Manaflı verdiyi pulları onun sələmə aldığı pulun faizinə çıxdığını və 1 700 manat borcu qaldığını bildirib. T.Quliyev İ.Manaflıdan 29 mart 2021-ci il tarixinə qədər ona vaxt verməsini xahiş edib. İ.Manaflı da ona 1 700 manat pula görə günə 20% olmaq şərti ilə 3 100 manat pul alacağını deyib.

Martın 29-u saat 10:00 radələrində o, İ.Manaflıya mesaj yazaraq, aldığı pulu tapa bilmədiyini, ona vaxt verməsini xahiş edib. Bundan sonra İ.Manaflı T.Quliyevlə əlaqə saxlayaraq, şəxsiyyətini alçaldıcı ifadələr işlədib, yaşadığı ünvana gələcəyini deyib. Sələmə pul verən şəxs ona ailəsi ilə əlaqədar olaraq, müəyyən hədə-qorxu gəlməyə başlayıb.

Bundan sonra T.Quliyev İ.Manaflıdan özünün əvvəllər işlədiyi Dövlət Əmlak Komitəsinin yaxınlığına gəlməsini istəyib. Görüş zamanı o, üzərində gətirdiyi bıçaqla İ.Manaflıya bir neçə zərbə endirib. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq, T.Quliyevi 37-ci Polis Şöbəsinə aparıblar.

Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirib ki, o, törətdiyi əməldən peşmandır və zərərçəkmişlə barışıb. T.Quliyev ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Manaf "müğənninin metrodan istifadə etməsi doğru deyil" sözlərinə aydınlıq gətirdi  VİDEO like
  • 15 Sen 16:06  
Şou-biznes Manaf "müğənninin metrodan istifadə etməsi doğru deyil" sözlərinə aydınlıq gətirdi VİDEO

Müğənni Manaf Ağayev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə

arrow Ətraflı
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib like
  • 15 Sen 16:04  
Siyasət Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres M

arrow Ətraflı
Ağstafada 17 yaşlı oğlan bıçaqlanıb like
  • 15 Sen 16:00  
Digərləri Ağstafada 17 yaşlı oğlan bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Avropada təbii qazın qiyməti 900 dollara yaxınlaşır like
  • 15 Sen 15:52  
Dünya Avropada təbii qazın qiyməti 900 dollara yaxınlaşır

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollar hədd

arrow Ətraflı
Rusiyada koronavirusdan ölənlərin sayı 195 min nəfəri ötüb like
  • 15 Sen 15:48  
Digərləri Rusiyada koronavirusdan ölənlərin sayı 195 min nəfəri ötüb

Rusiyada son sutka ərzində koronavirusdan 792 nəfər vəfat edib.

arrow Ətraflı
Rusiyada azərbaycanlı "qanuni oğru" həbs edildi  VİDEO like
  • 15 Sen 15:42  
Digərləri Rusiyada azərbaycanlı "qanuni oğru" həbs edildi VİDEO

Rusiyanın Mineralnıe Vodı şəhərindəTolik Noqinski ləqəbli azərbaycanl

arrow Ətraflı
Ermənilər Ağdamda çox vəhşiliklər törədib  Xüsusi nümayəndə like
  • 15 Sen 15:38  
Siyasət Ermənilər Ağdamda çox vəhşiliklər törədib Xüsusi nümayəndə

Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silm

arrow Ətraflı
Türkiyə MN Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanladı like
  • 15 Sen 15:36  
Siyasət Türkiyə MN Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanladı

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakı şəhərinin erməni-bolşevik iş

arrow Ətraflı
Keçmiş arvadının ərə getməsi ilə barışmadı like
  • 15 Sen 15:30  
Digərləri Keçmiş arvadının ərə getməsi ilə barışmadı

Keçmiş həyat yoldaşının ərə getməsi səbəbindən ona mütəmadi hədə

arrow Ətraflı
Yeddi yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün səkkiz milyon manat ayrıldı like
  • 15 Sen 15:28  
Siyasət Yeddi yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün səkkiz milyon manat ayrıldı

Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Ba

arrow Ətraflı
Koronavirusla bağlı QORXULU PROQNOZ: like
  • 15 Sen 15:24  
Digərləri Koronavirusla bağlı QORXULU PROQNOZ:

"BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi, əslən t

arrow Ətraflı
Əkiz bacılar lüt FOTOlarını paylaşdılar like
  • 15 Sen 15:18  
Şou-biznes Əkiz bacılar lüt FOTOlarını paylaşdılar

Əkiz bacılar Matilda və Paulina Tantot lüt fotoları ilə internet istifadə

arrow Ətraflı
Sevgilisinə 500 minlik üzük alıb like
  • 15 Sen 15:12  
Şou-biznes Sevgilisinə 500 minlik üzük alıb

Aktrisa Ebru Şahin basketbolçu sevgilisi Cedi Osmandan evlilik təklifi alıb.

arrow Ətraflı
FHNin modul hospitalının baş həkiminin işi məhkəməyə göndərildi like
  • 15 Sen 15:06  
Digərləri FHNin modul hospitalının baş həkiminin işi məhkəməyə göndərildi

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalının ba

arrow Ətraflı