Avropada təbii qazın qiyməti 900 dollara yaxınlaşır


Dünya 15 Sen 2021 15:52:00 141 0

Avropada təbii qazın qiyməti 900 dollara yaxınlaşır

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollar həddinə yaxınlaşır.

Son.az Trend-ə istinadən bildirir ki, sentyabrın 15-də Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 896,61 dollara çatıb.

İki həftə ərzində təbii qazın qiyməti 50 faizə yaxın artıb.

Qeyd edək ki, avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi.

Bu günədək qaz qiymətlərinin ən yüksək həddi 2018-ci il martın 1-də qeydə alınıb. Həmin gün Avropa birjalarında təbii qazın min kubmetri 969 dollara satılırdı.